Xəzər Xəbər

Qurd xəstəliyi olan uşaqlarla bağlı VACİB ADDIM

Cəmiyyət | 15:59 • 22 Oktyabr 2018
Qurd xəstəliyi olan uşaqlarla bağlı

Qurd xəstəliyi aşkarlanan uşaqlara dərman veriləcək.

Bu barədə səhiyyə naziri Oqtay Şirəliyevin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrdə bildirilir.

Əmrə əsasən qurd invaziyası hallarının azaldılması üçün əhalini ambulator müayinələrə və müalicəyə cəlb etmək məqsədilə qurd invaziyasına dair maarifləndirici görüşlər təşkil olunmalı, müxtəlif maarifləndirici materiallar çap edilərək paylanmalı və video çarxlar hazırlanmalıdır.

Qurd invaziyası aşkarlanan uşaqları və onlarla sıx əlaqədə olanları qurd əleyhinə dərman vasitələri ilə təmin ediləcək./publika.az

Xəbər lenti