Xəzər Xəbər

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Cəmiyyət | 18:04 • 17 Oktyabr 2018
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir.


Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub.


Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.

Xəbər lenti