Xəzər Xəbər

Soyuq havalarda cildimizi necə qoruyaq? Bal, yaşıl çay, yumurta...

Cəmiyyət | 12:28 • 17 Oktyabr 2018
Soyuq havalarda cildimizi necə qoruyaq?
Soyuq aylarda dəridə bir çox problem yaranır.

Bunlardan biri də dərinin qurumasıdır. Qış aylarında dəridə qurumalar, çatlar əmələ gəlir. Bunun qarşısını almaq üçün bir çox kimyəvi vasitə olsa da, xanımlar daha çox təbii üsullar axtarır.

XəzərXəbər təbii vasitələrlə dəri qurumasının qarşısını alan vasitələri təqdim edir:

Avokado və bal

Bir çay qaşığı bal ilə bir yemək qaşığı avokadonu bir kasada qarışdırıb duşdan sonra dərinizə çəkin. Dərini nəmləndirməkdən əlavə dəri ləkələrinin azalmasına kömək edir.

Yaşıl çay, E vitamini və lavanda yağı

Bitən krem qabına bütün ərzaqları qoyub krem halına gələnə qədər qarışdırın. Sonra donması üçün 1 saat soyuducuda saxlayın. Hər gecə yatmazdan əvvəl barmaq uclarınızda masaj edərək dərinizə çəkin.

Bal və yumurtanın sarısı

İki ərzağı məcun halına gətirənə qədər qarışdırın. Boyun bölgəsinə və bütün üzünüzə çəkib 20 dəqiqə qurumasını gözləyin. Son olaraq ilıq su ilə təmizləyə bilərsiniz.AzNews.az

Xəbər lenti