Xəzər Xəbər

Badamdar sürüşmə sahəsində evlərin divarlarında yeni çatlar yaranıb

Cəmiyyət | 15:19 • 16 Oktyabr 2018
Badamdar sürüşmə sahəsində evlərin divarlarında yeni çatlar yaranıb

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvləri monitorinqləri davam etdirirlər.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, sürüşmə zonasında aparılan araşdırmaların saat 15:00-a olan nəticələrinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar yaranıb.

Xəbər lenti