Xəzər Xəbər

Evinizdən bu əşyaları çıxarın, əks halda sizi təhlükə gözləyir

Cəmiyyət | 14:59 • 16 Oktyabr 2018
Evinizdən bu əşyaları çıxarın, əks halda sizi təhlükə gözləyir

Uşaqlar üçün aldığınız plastik oyuncaqlara fikir vermək lazımdır

Evimizdə elə əşyalar var ki, onları gündəlik istifadə etsək də, bizim sağlamlığımız üçün çox zərərlidir.

Məsələn, həyatımıza yeni daxil olan printerlər çox ziyanlıdır. Belə ki, onlar tozları parçalayaraq havaya uçurur. Həmin toz dənəcikləri də insanın nəfəs borusuna düşür. Bu da son nəticədə bir çox xəstəliklərə səbəb olur. Ona görə də printerləri daima havandırılması mümkün olan otaqda saxlamaq lazımdır.

Eyni zamanda uşaqlar üçün aldığınız plastik oyuncaqlara fikir vermək lazımdır. Bu oyuncaqlar, eləcə də qablar uşaqların hormonal pozuntusuna səbəb ola bilər. Keyfiyyətli məhsullardan almaq lazımdır.

Xalçalar da allergik xəstəliklərə səbəb olur. Ona görə də təmiz məhsuldan olan xalçalardan istifadə etmək lazımdır.

Ən zərərli əşyalardan biri də plastik qablardır. Bu qablar yüksək təzyiqə və digər xəstəliklərə səbəb ola bilər. Ona görə də bu qabların əvəzinə şüşə və ya saxsı qablardan istifadə etmək lazımdır.

Yataq dəstlərinə də fikir verməlisiniz. Həm tez-tez dəyişməli, həm də təmiz məhsuldan istehsal olunmalıdır./Sputnik Azərbaycan

Xəbər lenti