Xəzər Xəbər

Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət | 15:29 • 13 Oktyabr 2018
Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş iş rejiminə keçib

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.


Mərkəzin informasiya şöbəsindən xezerxeber.az-a bildiriblər ki, AMEA nəzdində RSXM-in baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.


Hazırda RSXM-in əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.


Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

Xəbər lenti