Xəzər Xəbər

Sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb

Cəmiyyət | 11:38 • 13 Oktyabr 2018
Sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər. Hazırda sürüşmənin dinamikasında aktivlik davam edir.


Bu barədə xezerxeber.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamacboyu 4-5 metr aşağıya irəliləyib. Hhəmin istinad divarında hipsometrik olaraq sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətindədir və insanların həyatı üçün təhlükə yoxdur.

Xəbər lenti