Xəzər Xəbər

Eldar Əzizov: Kanalizasiya sisteminin olmaması sürüşmənin səbəblərindən biridir

Cəmiyyət | 11:32 • 13 Oktyabr 2018
Eldar Əzizov: Kanalizasiya sisteminin olmaması sürüşmənin səbəblərindən biridir

Ekspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir. Bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.


O bildirib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb: "İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”.


E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür: "Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.


Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini deyib ki, hazırda sürüşmə prosesi aktivdir. O, həmin ərazidə olan tikililərə də münasibət bildirib: "Bu tikililər yeni deyil. Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir”.


Qeyd edək ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.


Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti