Xəzər Xəbər

Badamdarda sürüşmə davam edir - RƏSMİ

Cəmiyyət | 09:31 • 13 Oktyabr 2018
Badamdarda sürüşmə davam edir -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər.


Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a açıqlamasında bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.

Xəbər lenti