Xəzər Xəbər

Yeni doğulan körpələrin ölüm riskini ARTIRAN SƏBƏB: 24 saat ərzində...

Cəmiyyət | 20:44 • 8 Oktyabr 2018
Yeni doğulan körpələrin ölüm riskini ARTIRAN SƏBƏB:

"Dünyada 77 milyon yeni doğulan uşaq doğumdan sonrakı ilk bir saat ərzində ana südü qəbul etmir. Uşaq nə qədər gec ana südü əmməyə başlasa onun ölüm riski o qədər artır”.

Bu sözləri Türkiyənin Sağlamlıq elmləri Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Vefik Arıca yeni doğulan uşaqların ana südünü gec qəbul etməsinin yarada biləcəyi problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə, uşaq doğulandan sonra əmizdirməyə 2-23 saat gecikmə olarsa, onun ilk 28 gündə ölmə riski 40 faiz artır, gecikmə 24 saatdan çox olarsa, bu risk 80 faizə qədər yüksələ bilir.

Pediatr bildirir ki, doğulandan sonrakı ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanan uşaqların başqa bir qidaya ehtiyacı yoxdur.

"Bağırsaqlarının möhkəmlənməsi, həzmin rahat olması üçün ana südünün əhəmiyyəti böyükdür”.

Pediatr doğuşdan sonra ananın süd vəzlərindən ifraz edilən sarımtıl rəngdəki ilk süd olan "ağız südü”nün mütləq uşağa verilməli olduğunu deyib:

"Uşağa ilk olaraq şirin su, süni uşaq qidası, inək südü və digər qidaların verilməsi doğru deyil. Bu cür qidalar uşaqda doyumluq hissi yaradır, uşağın əmmə gücünü azaldır, ana südünün gəlməsinə mane olur. Doğuşdan sonrakı ilk yarım saat ərzində uşaq ananın süd vəzinə qoyulmalı və əmmə təmin edilməlidir. Uşağın müəyyən saatlarda deyil, acdıqca yeməsi daha yaxşıdır”./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti