Xəzər Xəbər

Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?

Cəmiyyət | 14:35 • 8 Oktyabr 2018
Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?

El arasında soyuqdəyməyə qarşı istifadə olunan müalicə üsullarından biri də banka qoymaqdır. Lakin həkimlər və xalq təbabəti biliciləri bildirirlər ki, arterial təzyiq yüksək olanda, ürək xəstəlikləri və temperatur zamanı banka qoyulması əks təsir göstərə bilər. Kürəkdə səpgi və sızanaqlar çox olanda da banka qoyulması məsləhət görülmür.

Dermatoloqların fikrincə, el arasında təsirli vasitə hesab olunan banka qoymaq bəzi hallarda dərini zədələyə bilər.

XəzərXəbər xəbər verir ki, respublikamızın baş dermatonevroloqu Zülfüqar Fərəcov bu barədə deyib: "Bankadan başqa kürəyə yod sürtülməsindən də istifadə edilir. Bədənə yodun sürtülməsi iltihabi prosesə müsbət təsir edir, lakin onun dəri quruluğuna və dölə qarşı reaksiyası ola bilər. Dərinin qidalanmasını yaxşılaşdırmaq üçün dermatozlarda və bəzi soyuqdəymə hallarında bankalardan ümumi müalicə üsulu kimi yox, kompleks müalicənin bir forması kimi istifadə etmək olar”.

AzərTac

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti