Xəzər Xəbər

İnnnabın yarpağı, qabığı və həlimi çox xeyirlidir

Cəmiyyət | 13:16 • 7 Oktyabr 2018
İnnnabın yarpağı, qabığı və həlimi çox xeyirlidir

İnnab çox faydalı, uzunömürlü və faydalı bitkidir. Sarı-qırmızı rəngli, şirin dadlı və xoş ətirli meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti var. İyunun əvvəlində çiçək açır, meyvələri oktyabrda yetişir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumuşaldıcı vəsitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqları çay kimi dəmlənilərək sidik kisəsinin iltihabında qəbul edilir. İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir.


İnnab gec və çətin həzm olunsa da, faydalı cəhətləri çoxdur. Vaxtilə Şah Süleyman Səfəvinin həkimi olmuş Məhəmməd Mömin innab üçün deyib: "İnnabın meyvəsi boğaz və ağ ciyərə xeyirlidir, qanı təmizləyir və onun əmələ gəlməsinə səbəb olur. Sidikqovucu vasitə kimi böyrək xəstəliklərində faydalıdır. Ancaq innab gec həzm olunur. Onu çox yeyəndə köp verir. Yaxşı həzm olunması üçün yeməkdən əvvəl gülabda islatmaq lazımdır. Mütəmadi olaraq həddindən çox yeyiləndə kişilərdə cinsi qabiliyyəti zəiflədir".


Elmi təbabətin gətirdiyi dəlillərə əsasən, innab ağacının yarpaqları mikrobları məhv edir. Meyvənin isti həlimi öskürək zamanı içilir. Onu, həmçinin yüksək qan təzyiqi zamanı da məsləhət görürlər. İnnabın içində olan lifli maddələr tullantıları, artıq xolesterini və ağır metalları orqanizmdən çıxarır. O, ödün ifrazı və çıxması prosesinə təsir edir. İnnab qara ciyər, hipertoniya, tənəffüs orqanları xəstəliklərində sinəni və bəlğəmi yumşaldır. İnnabın yarpaq və qabığının həlimi dəri xəstəliklərində istifadə olunur.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
512 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti