Xəzər Xəbər

Havadan balıq qoxusu gəlir mövsüm başlandı

Cəmiyyət | 14:30 • 6 Oktyabr 2018
Havadan balıq qoxusu gəlir
Azərbaycanda balıq və balıq məhsullarının qiyməti qalxıb.

Bu barədə AzNews.az-a Salyan rayon bazarından məlumat verilib. Satıcılar bunun səbəbini balıq mövsümünün başlaması ilə əlaqələndiriblər.

"Havalar soyuyan kimi bazarda balıq satışına başlanılır. Hazırda bazarda 3 növ – çəki, belamor və "tolstolobik" balıqları satılır. Çəki balıqlarının 1 kiloqramı 5-6 manat arasındadır. Bunlar süni balıqlardır, göllərdə saxlanılır”.

Sakinlər deyirlər ki, alıcılar daha çox Kür balıqlarına üstünlük verirlər: "Ancaq Kür balığı tapmaq çətindir. Əldə saxlanılan balıqlara da tələbat azdır”.

Sakinlər qızıl balığın, nərə balıqlarının mağazalarda satış qiymətlərini də açıqlayıblar: "Qızıl balığın qiyməti 25, nərə balığının isə 35-40 manat arasındadır”.

Xəbər lenti