Xəzər Xəbər

Qanunsuz ovla bağlı 4 nəfər cərimələnib

Cəmiyyət | 21:37 • 5 Oktyabr 2018
Qanunsuz ovla bağlı 4 nəfər cərimələnib

Sentyabrın 24-dən 30-dək olan müddətdə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə Biləsuvar, Neftçala, İmişli rayonlarının ərazisində keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 4 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 3100 manat cərimə tətbiq edilib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, tədbirlər zamanı 1 ədəd ov tüfəngi də aşkar edilərək aidiyyatı üzrə Neftçala Rayon Polis Şöbəsinə təhvil verilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
370 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti