Xəzər Xəbər

Ovlanması qadağan edilən balıq növləri - SİYAHI

Cəmiyyət | 16:29 • 5 Oktyabr 2018
Ovlanması qadağan edilən balıq növləri -

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqlayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.


Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan edilmiş balıqlar: nərə, bölgə, uzunburun.


Xəbər lenti