Xəzər Xəbər

Bakı Sərnişin Stansiyasının rəisi vəfat edib

Cəmiyyət | 14:53 • 5 Oktyabr 2018
Bakı Sərnişin Stansiyasının rəisi vəfat edib

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminov 9 yaşında dünyasını dəyişib vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, N.Eminov bir neçə gün bundan əvvəl bağırsağından əməliyyat olunub. Amma ötən gün axşam onun səhhəti pisləşib və dünyasını dəyişib.

Nizaməddin Cahangir oğlu Eminov 17 aprel 1959-cu ildə Qazax rayonunda anadan olub. 1984-cü ildə Postov Dəmir Yolu İnstitutunun "Dəmir Yollarının istismarı” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 1976-cı ildə Bakı vaqon deposunda fəhlə kimi başlayıb və hərbi xidmətini başa vurandan sonra taleyini əbədi olaraq bu sahəyə bağlayıb.


Nizaməddin Eminov sonralar Bakı vaqon deposunda istehsalat ustası, Biləcəri stansiyasında post və stansiya növbətçisi, HİK sədri, stansiya rəisi, Sumqayıt stansiyasının rəisi, Şirvan-çeşidləmə stansiyasının rəisi və 2005-ci ildən bu günə kimi Bakı-sərnişin stansiyasının rəisi olub.


Nizaməddin Eminov çalışdığı bütün vəzifələrdə ona tapşırılan işin öhdəsindən hər zaman layiqincə gəlib. Onun əməyi rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilib və "Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunub.



Allah rəhmət eləsin.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti