Xəzər Xəbər

Bakı metrosunda qatarda nasazlıq yaranıb

Cəmiyyət | 14:26 • 5 Oktyabr 2018
Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı metrosunda qatarda problem yaranıb.


Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, metronun "Qara Qarayev" stansiyasında qatarların birində nasazlıq yaranıb: "7-8 dəqiqə ərzində maşinist vəziyyətdən çıxa bilib. Sərnişinlər stansiyada düşürülüb və qatar Depoya göndərilib. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaransa da, hazırda interval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur".

Xəbər lenti