Xəzər Xəbər

“Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsinin icrası ilə əlaqədar konfrans keçirilib

Cəmiyyət | 11:44 • 29 Sentyabr 2018
“Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsinin icrası ilə əlaqədar konfrans keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin icrası ilə əlaqədar aralıq konfrans keçirilib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, konfransda Azərbaycanla yanaşı, layihənin icraçıları olan Litva, Avstriya və İsveçdən olan ekspert qrupu da iştirak edib.


Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhalinin səmərəli məşğulluğuna yönələn tədbirlərin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir müavini bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda "Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsi də yeni imkanlar yaradıb.


Nazir müavini bildirib ki, layihənin icrasında Litva, Avstriya və İsveçin aidiyyəti qurumlarının timsalında Avropa məşğulluq xidmətlərinin qabaqcıl təcrübələrinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun verdiyi məlumata görə, məşğulluq xidmətlərinin göstərilməsində müasir yanaşmanın tətbiqi nazirlik qarşısında duran ən vacib məsələlərdəndir.


Litva sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene əhalinin məşğulluğunun təmin edilməsi, bu sahədə aparılan dövlət siyasətinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan islahatların maraqla qarşılandığını bildirib.


Konfransda "DOST Agentliyində məşğulluq xidmətlərinin yeni modelinə dair tövsiyələr”, "Avropa İttifaqının ən yaxşı təcrübələri və DOST nöqteyi nəzərindən Dövlət Məşğulluq Xidmətinin yeni modelinə dair təkliflər”, "Peşə məsləhətinin keçirilməsində məşğulluq xidmətinin rolu və vəzifələri”, "Avropa İttifaqı ölkələrinin ən yaxşı təcrübələri və Azərbaycanda məşğulluq xidmətinin yeni modelinə dair tövsiyələr”, "Əlilliyi olan şəxslərin peşə reabilitasiyasının təşkili məsələsində İsveç təcrübəsi, "Yaşıl kənd”, "Kənd yerlərində özünüməşğulluğun təşkili üçün yeni konsepsiya” və s. mövzularda təqdimatlar olub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti