Xəzər Xəbər

Ovu qadağan edilən balıq növləri açıqlandı

Cəmiyyət | 17:16 • 28 Sentyabr 2018
Ovu qadağan edilən balıq növləri açıqlandı

2018-ci ilin yanvar ayından bu günə kimi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88.7 ton siyənək və 397.1 ton axçalı balıqların ovuna ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən kvotalar ayrılıb və balıqovlama biletləri verilib.

Bunu nazirlikdə keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Suqra İbrahimli deyib.

Onun sözlərinə görə, sənədləri qaydasında olmadığı üçün iki fiziki şəxsə etiraz olunub:

"Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən, balıq və digər su bioresurslarının ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru iki mərhələdən ibarətdir.

Birinci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir.

Eyni zamanda, mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir.

Qeyd edək ki, ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xariçi vətəndaşlar üçün məbləğ iki dəfə artıqdır”.

O bildirib ki, Azərbaycan Respublikasının "Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, xəzər şirbidi, şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda, nərə cinsli balıqların ovu qadağan edilib:

"Bu qaydaların və qadağaların sənaye balıq ovu ilə məşğul olan şəxslər tərəfindən nəzərə alınması vacibdir və hesab edirik ki, hər bir balıqçı su bioresurslarının qorunmasına və mühafizəsinə məsuliyyətlə yanaşaraq, onların qaydalar çərçivəsində ovlanmasına əməl edəcək”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti