Xəzər Xəbər

Sürücü olmaq istəyən qadınların nəzərinə!!!

Cəmiyyət | 15:33 • 28 Sentyabr 2018
Sürücü olmaq istəyən qadınların nəzərinə!!!

"Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir. XəzərXəbər-in verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

"D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar info@safa.az e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər.

"Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və "EURO 5” standartlı müasir avtobusları idarə edəcək", deyə şirkətdən bildirilib.

Xəbər lenti