Xəzər Xəbər

İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında çoxtərəfli memorandum imzalanıb

Cəmiyyət | 10:36 • 28 Sentyabr 2018
İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında çoxtərəfli memorandum imzalanıb

İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında çoxtərəfli memorandum imzalanıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.


Xezerxeber.az xəbər verir ki, memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb.


Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım olub, orta aylıq əməkhaqqı 528,2 manata çatıb. Son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsinin 5 faizə endiyini deyən nazir bunun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olduğunu vurğulayıb.


Nazir imzalanacaq Memorandumun xüsusi əhəmiyyət daşıdığını, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və digər halların əks olunduğunu deyib.


Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib ki, icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında davamlı artım dinamikası müşahidə olunur. Qeyd olunan icbari sığorta sinfi üzrə 2017-ci ildə 33.2 milyon manat sığorta haqqı toplanıb və 4.3 milyon manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin birinci yarımilliyi üzrə isə 21.3 milyon manat sığorta haqqı toplanıb və 1.7 milyon manat sığorta ödənişi edilib.


İ.Alışov qeyd edib ki, ölkədə muzdla çalışan 3.3 milyon əhalinin 1.6 milyon hissəsinin sığortalanmasını nəzərə alaraq, informasiya sistemlərinin inteqrasiyası nəticəsində sığorta penetrasiyasının kəskin artması və sığortaçılar tərəfindən yığılan sığorta haqlarının həcminin daha da artacağı gözlənilir. Bununla yanaşı, icbari sığorta müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan məlumatların elektron formatda onlayn rejimdə əldə olunması nəticəsində işəgötürən tərəfdən təqdim olunan məlumatların dürüstlüyü təmin ediləcək, sığortalanma prosesinin tam şəffaf və çevik həyata keçirilməsini təmin edəcək, həmçinin muzdla çalışan əhalinin bədbəxt hadisələrdən sığortalanması tam olaraq təmin ediləcək.

Xəbər lenti