Xəzər Xəbər

Fastfood depresiyaya səbəb olur

Cəmiyyət | 17:42 • 27 Sentyabr 2018
Fastfood depresiyaya səbəb olur

Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir

Fastfood depressiyanın səbəblərindən biri ola bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur. Bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib.

Alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir.

Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir.

İltihablaşma öz növbəsində insanın psixiki vəziyyətinə də təsir edə bilir. İltihablaşma molekulları beyinə düşür və insanın əhvalını tənzimləyən neyromediatorların iş prinsipini pozur.

"Bağırsağın kimyası beynin kimyasına bənzəyir. Buna görə də, bağırsağa təsir edən hər şey beyinə də təsir edir"— deyə doktor Kosmo Hollstrom deyib.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti