Xəzər Xəbər

Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq

Cəmiyyət | 14:15 • 27 Sentyabr 2018
Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq
"Azərbaycan və Rusiya Samur çayı üzərində yeni körpünün salınması ilə bağlı uzun müddətdir ki, danışıq aparır. Bu məsələdə uduzuruq. Halbuki bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinə maraq var”.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levetin Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında insanların rahat hərəkəti, yüklərin tez daşınması təmin olunmalıdır: "Sərnişinlər və yüklər sərhəd-keçid məntəqələrində saxlanılmamalıdır. Bunun üçün rəqəmsallaşma çox vacibdir”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki yeni körpü layihənin reallaşdırılması ilə bağlı hazırda aktiv iş gedir: "Müvafiq infrastruktur hazırlanır. Körpü bir ilə hazır olacaq”.

Xəbər lenti