Xəzər Xəbər

Azərbaycanda 120 mindən çox şagird rus dilində təhsil alır

Cəmiyyət | 12:26 • 27 Sentyabr 2018
Azərbaycanda 120 mindən çox şagird rus dilində təhsil alır

Azərbaycanda rusdilli təhsilə dövlət səviyyəsində diqqət yetirilir.


Bunu 9-cu Azərbaycan-Rusiya regionlararası forumu zamanı Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.


O bildirib: "Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Universitetlərdə isə 20 min tələbə təhsilini rusca alır".


Nazir müavini bildirib ki, Rusiyanın təhsil müəssələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur:


"Moskva Dövlət Lingvistik Universitetində 2005-ci ildən Azərbaycan dilli mərkəz fəaliyyət göstərir. Ali məktəblər arasında əməkdaşlıq çox yüksək səviyyədədir”. (Trend)

Xəbər lenti