Xəzər Xəbər

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır”

Cəmiyyət | 14:54 • 25 Sentyabr 2018
“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır”

"Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


Komitə sədri bildirib ki, bu gün insanların arasında düzgün təbliğat getmir.


"Azərbaycanda olan bütün texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək. İnsanlar arasında da düzgün təbliğat aparılmır. Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Əvvəllər texnologiyalardan, avadanlıqlardan geri qalırdıq, ancaq bu gün tibb müəssisələrimiz bütün müasir texnologiyalar ilə təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”.


Ə.Əmiraslanov deyib ki, bu gün vərəm problemi dünyanı ən çox narahat edən problemdir və böyük insan tələbatına səbəb olur.

"Bu məsələyə mühüm önəm veririk və gələcəkdə də onu diqqətdə saxlayacağıq. Bizi daim narahat edən bir məsələ insan orqan və toxumalarının transplantasiyasıdır”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti