Xəzər Xəbər

Bakıya yenə yağış yağacaq: LEYSAN, KÜLƏK...

Cəmiyyət | 23:51 • 24 Sentyabr 2018
Bakıya yenə yağış yağacaq:
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti