Xəzər Xəbər

At quyruğu, hörük, yaş saçlar Bu qış hansı saç stilləri dəbdə olacaq?

Cəmiyyət | 10:48 • 21 Sentyabr 2018
At quyruğu, hörük, yaş saçlar

Fəsillə dəyişdikcə insanların geyim və tərzləri dəyişir, eləcə də saç düzümləri.

Xanımlar yay aylarında daha çox açıq rəngli saçlara üstünlük versələr də, qışda bunun tam əksi olur. Hər fəslin özünə uyğun saç dəbi var.

Bu il soyuq aylarda hansı saç modelləri dəbdə olacaq?

AzNews.az bu saç modellərini təqdim edir.

Uzun saçlar

Uzun saçlar bu mövsüm yenə geri qayıdır. Bu payız və qış aylarında uzun saçlı xanımlar daha dəbli görünəcək. Amma uzun saçda diqqət olunmalı tək nöqtə saçların dağınıq olamasıdır. Bu il baxımlı və səliqəli uzun saçlar dəbdədir.

90-cı illərin saç aksessuarları

Keçmişin dəbi geri qayıdır. 90-cı illərin əvəzolunmaz rəngli saç aksessuarları bu il dəbdə olacaq.

Hörüklü saçlar

Hörüklü saçlar demək olar ki, hər zaman dəbdədir. Amma bu il fərqli saç modellərdində hörüklər sınaya bilərsiniz.

At quyruğu

At quyruğu saç modellərinin hər zaman dəbdə oluğunu bilirik. Amma bu il boynun arxasından yığılmış at quyruqları dəbdə olacaq.
Arxaya daranmış, yaş saçlar
Keçən sezon da dəbdə olan bu saç düzümü, bu mövsüm də trend sayıla bilər.

Xəbər lenti