Xəzər Xəbər

Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi

Cəmiyyət | 15:42 • 20 Sentyabr 2018
Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, "Qocalar evi” küçəsindəki həyətlərdə mal-qara saxlanılması nəticəsində ətrafa qoxunun yayılması ilə bağlı şikayət daxil olub.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib.


Baxış zamanı qəsəbə sakinləri Yəmən Salahova və Əzim Əsədliyə məxsus evlərin həyətindəki tövlədə iribuynuzlu mal-qara saxlanıldığı məlum olub.


Faktla bağlı akt tərtib edilib və qoxunun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.


10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gəncə şəhərinin Nizami rayonunun ərazisində mal-qaranın saxlanılması şəraitinin sanitar-epidemioloji və ekoloji tələblərə cavab verməsi vəziyyətinin araşdırılması məqsədilə Gəncə şəhər Baytarlıq idarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiyanın yaradılması üçün Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti