Bakı şəhəri, Binəqədi
rayonu Hüseyn Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən
rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər
yekunlaşdırılacaq.
Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən
sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol
nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.