Xəzər Xəbər

“Aşura günü” qanvermə aksiyası keçiriləcək Yerlərin siyahısı

Cəmiyyət | 11:24 • 19 Sentyabr 2018
“Aşura günü” qanvermə aksiyası keçiriləcək

Məhərrəmlik ayının onuncu günü - "Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

XəzərXəbər Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mərasimlər 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.

Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşların diqqətinə aksiyanın təşkil olunacağı ünvanları nəzərə çatdırırıq: Bakı şəhəri üzrə: Binəqədi rayonu "İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu "Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi” , Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı ”və "İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu "Qaraçuxur məscidi”, Yasamal rayonu "Təzə pir məscidi” və "Hacı Soltanəli məscidi ”. Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.


Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:


Gəncə şəhəri "İmamzadə kompleksi” , Lənkəran şəhəri "Böyük bazar məscidi”, Mingəçevir şəhəri "Heydər məscidi” , Sumqayıt şəhər "Cümə məscidi”, Şəki şəhəri "İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi”, Biləsuvar rayonu "Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi.


Aksiyalar 09:00-dan başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti