Neftçilərin peşə
bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan
qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9
mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş
təntənəli mərasim keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev
və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib. Məlumat verilib ki,
"Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin
yanvarından başlanıb. Yeni binalarda 452 mənzil var. Binalarda
ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı
və 27 ədədi isə bir otaqlı mənzillər var.
Rövnəq Abdullayev çıxış edərək bildirib ki, prezident İlham Əliyev
neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində
saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də
neftçilərin növbəlilik əsasında mənzillərlə təmin edilməsidir.
Daha
sonra R. Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti
kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib.