Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal
küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda
gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi
rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi
əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20,
gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil
edəcək.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.