Xəzər Xəbər

Təmizləyici vasitələr uşaqlarınız üçün təhlükəlidir - SƏBƏB

Cəmiyyət | 15:31 • 18 Sentyabr 2018
Təmizləyici vasitələr uşaqlarınız üçün təhlükəlidir - SƏBƏB

ioloji vasitələr enterobakteritaların keyfiyyətini aşağı salır ancaq artıq çəkiyə heç bir təsir etmir.

Kanada alimlərinin fikrincə, mənzilin çox təmizlənməsi uşaqların sağlamlığına zərər verə bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalar göstərir ki, təmizləyici vasitələr uşaqların bağırsağının mikroflorasını pozur. Bu da gələcəkdə onların artıq çəkidən əziyyət çəkməsi ilə nəticələnir.

Alimlər 3-4 aylıq 757 uşağın bağırsaq mikroflorasından analiz götürərək onları bir neçə il müşahidə edib. Məlum olub ki, həddən artıq təmizkar olan və çox kimyəvi mtəmizləticilərdən istifadə edən ailələrin uşaqlarında Haemophilus və Clostridium bakteriyalarının çatışmazlığı var. Bu səbədən də belə ailələrdə böyüyən 3 yaşlı uşaqlar daha kökdür.

Bioloji vasitələr enterobakteritaların keyfiyyətini aşağı salır ancaq artıq çəkiyə heç bir təsir etmir.

Daha əvvəl də Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etmişdi ki, piylənmədən daha çox Avropa ölkələri əziyyət çəkir. Bu siyahıda ilk yerdə Türkiyə qəraralaşmışdı. Türkiyə əhalisinin 32 faizi piylənmədən əziyyət çəkir. Əhalinin piylənmədən əziyyət çəkməsinə görə, Malta ikinci yerdə, Böyük Britaniya 3 cü yerdədir. Yer üzündə hər səkkiz nəfərdən biri, ümumi 672 milyon nəfər piylənmədən əziyyət çəkir.

Xəbər lenti