Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində
2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun müddətini uzadıb.
İdarədən XəzərXəbər-ə
verilən məlumata görə, uşaqların elektron qeydiyyatı valideyn (qanuni
nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya
valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)
göstərilməklə, "Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında)
sentyabrın 17-dən oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra
müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron
qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim
etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni
nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın
ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird
qəbulu bu il fevralın 22-dən başlayıb. Bu vaxtadək proses artıq 2
mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına baxmayaraq, üzrlü
səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə
alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və
məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar
verilib.