Xəzər Xəbər

ABŞ Enerji Departamenti Azərbaycanda seysmoloji stansiyaların quraşdırılmasında iştirak edir - FOTO

Cəmiyyət | 14:16 • 17 Sentyabr 2018
ABŞ Enerji Departamenti Azərbaycanda seysmoloji stansiyaların quraşdırılmasında iştirak edir -

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), ABŞ Enerji Departamenti və Ukrayna Elmi Texnologiya Mərkəzinin birgə layihəsi olan "Qafqaz Kəsilişi” çərçivəsində işlər davam etdirilir.


Mərkəzin informasiya şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, əməkdaşı Qunnels Maykl Ceyms, eləcə də AMEA nəzdində RSXM-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, episentral şöbəsinin əməkdaşları Nicat Əsgərov, Asif Süleymanov və zəlzələlərin tədqiqatı şöbəsinin əməkdaşı Vüqar Fərəcovun iştirakı ilə İsmayıllı rayonunda altı stansiya, Göyçay rayonunda bir stansiya və Quba rayonunda altı stansiya "Qafqaz kəsilişi” boyunca yerləşdirilib.


Xatırladaq ki, layihə iştirakçıları tərəfindən əvvəllər Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında dörd stansiya quraşdırılıb. Layihənin 2020-ci ilə qədər davam etməsi nəzərdə tutulsa da, aparılan tədqiqatlar zamanı elmi baxımdan yüksək və keyfiyyətli məlumatların əldə olunmadığına görə ABŞ və Ukrayna tərəfi layihənin müddətinin uzadılmasına dair RSXM qarşısında təşəbbüslə çıxış ediblər.


Hazırda layihə çərçivəsində elmi tədqiqat işləri aparılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti