Xəzər Xəbər

Sürücülərə xəbərdarlıq: Bu yolda rənglənmə işləri aparılır

Cəmiyyət | 11:43 • 17 Sentyabr 2018
Sürücülərə xəbərdarlıq:
Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.


Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti