Xəzər Xəbər

Qaranlıqda kompüter və smartfondan istifadə etməyin

Cəmiyyət | 09:03 • 17 Sentyabr 2018
Qaranlıqda kompüter və smartfondan istifadə etməyin

Görmə qabiliyyətinin zəifləməməsi üçün ilk növbədə qida rasionuna gözlər üçün faydalı olan ərzaq məhsulları daxil edilməlidir

Görmə qabiliyyətini vaxtsız itirməmək üçün hələ gənc yaşlarından gözlərin qayğısına diqqət yetirilməlidir. Xüsusilə, müasir dövrümüzdə, istəyimizdən asılı olmayaraq həyatımıza daxil olan kompüterlər, planşetlər, smartfonlar kifayət qədər ciddi şəkildə gözlərimizi böyük təhlükə qarşısında qoyur. Bəs, bu təhlükədən yan keçmək üçün hansı tədbirləri həyata keçirmək lazımdır?

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı bu haqdadır.

Görmə qabiliyyətinin zəifləməməsi üçün ilk növbədə qida rasionuna gözlər üçün faydalı olan ərzaq məhsulları daxil edilməlidir. Kök, qaragilə, balıq və balıq yağı, qoz, ispanaq, kəsmik, kahı kimi qidalar görmə qabiliyyətini yaxşılaşdıran, gözləri qoruyan, görmə zəifliyinin qarşısını alan ərzaq məhsullarıdır:

Bu siyahıya yaşıl rəngli meyvələri, soğan və sarmısağı, yumurtanı da əlavə etmək olar.

Qida rasionunda dəyişiklik etməklə yanaşı gözləri qorumaq üçün adi şərtlərə əməl etməklə görmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq olar:

Kompüterin monitoru ilə gözlərinizin arasında olan məsafənin 50-60 sm olmasını təmin edin.

Monitorun gözünüzün səviyyəsindən 8-10 sm aşağı olmasını diqqətdən yayındırmayın.

Planşetdən və smartfondan uzanılı vəziyyətdə istifadə etmək kimi zərərli vərdişdən imtina edin, kompüterdən istifadə zamanı isə belenizi əymədən dik oturmağa adət edin.

Qaranlıq otaqda kompüterdən, planşetdən və smartfondan istifadə etməyin. Bu gözlər üçün daha da ziyanlıdır. İşlədiyiniz otağın işıqlı olmasına diqqət yetirin.

Kompüterdən və ya planşetdən istifadə edərkən hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Bir neçə gün buna əməl etsəniz sonralar bu fasilələr sizin üçün faydalı vərdişə çevriləcək.

İstifadə etdiyiniz kompüteri, planşeti və smartfonu təmiz saxlayın. Ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün onları xüsusi salfetlərlə təmizləyin. Onların üzərində nə qədər mikrob və bakteriyaların olduğunu bilsəniz siz buna hökmən əməl edəcəksiniz.

Ən nəhayət, özünüzü "sevimli əşyalarınız”dan asılı vəziyyətə salmayın. Gəlin unutmayaq ki, həyat reallığı ilə daha gözəldir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti