Xəzər Xəbər

Bakıda reyd: 100-ə yaxın şəxs saxlanıldı - FOTO

Cəmiyyət | 14:09 • 15 Sentyabr 2018
Bakıda reyd: 100-ə yaxın şəxs saxlanıldı -

Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi İdarələrinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bir neçə metrostansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər.

Bakı şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.

Reyd zamanı metronun "İnşaatçılar”, "Gənclik” yaxınlığında, eləcə də Həsən Əliyev, Koroğlu Rəhimov küçələrində, Nərimanov rayonu ərazisində 100-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.

Reyd zamanı keçidlərdən istifadə etməyən əsasən ahıl yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri polislər tərəfindən təmin olunub.

Əsaən maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti