Xəzər Xəbər

Səyahətə çıxanlar üçün hava proqnozu

Cəmiyyət | 18:04 • 14 Sentyabr 2018
Səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.


Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi sentyabrın 16-da mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti