Xəzər Xəbər

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi dürd santimetr azalıb

Cəmiyyət | 13:04 • 14 Sentyabr 2018
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi dürd santimetr azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çayında isə beş faizini təşkil edir.


Departamantdən xezerxeber.az-a bildiriblər ki, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində üç santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 70 kubmetr təşkil etməklə ongünlük normanın 50 faizinə bərabər olub.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.


Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində üç, Şirvanda iki, Salyanda dörd, Bankədə üç santimetr azalma, Araz çayının Novruzlu məntəqəsində isə bir santimetr artım qeydə alınıb.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetrə (2017-ci il sentyabrın 14-də 58 sm) bərabərdir.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
448 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti