Xəzər Xəbər

Kofein içmək asılılıq yaratmır

Cəmiyyət | 14:52 • 13 Sentyabr 2018
Kofein içmək asılılıq yaratmır

Qəhvə, çay və bir sıra enerji içkilərinin tərkibində kofein var. Hətta şokoladın tərkibində də bu maddəyə rast gəlmək olar. Əslində kofein bütün dünyada ən çox istifadə olunan maddələrdəndir.


AZƏRTAC Rusiyanın the-challenger saytına istinadla xəbər verir ki, alimlər kofeinin beyinə göstərdiyi təsirləri araşdırıblar. Tədqiqatlar göstərib ki, kofein digər, faciəvi nəticələrə səbəb olan maddələr kimi asılılıq yaratmır. Əksər insanlar daha çox enerji ala bilmək üçün hər səhər bir fincan qəhvə içir.


Kofein bu enerjini necə tənzimləyir?


Alimlər bu prosesin beyində baş verdiyini deyirlər. Nevroloqların sözlərinə görə, kofe yaxşı yatmaq mümkün olmayanda, pik saatlara qədər işlədikdə və ya əhvalın pis olduğu vaxtlarda bizə kömək edir.


Kofein asılılığını araşdırmaq məqsədilə bir neçə könüllüyə iki-üç fincan qəhvədə bərabər kofein proteinləri verilib. Sonra mütəxəssislər onları xüsusi aparatın içərisinə salaraq beyinlərinin fəaliyyətini müşahidə ediblər. Müşahidələr göstərib ki, digər asılılıq yaradan maddələr beyinə böyük dozada dofamin buraxır, kofeinin təsiri isə bundan bir az fərqlidir. Kofein beyində dofamin molekullarının üzərinə qonan reseptorların sayını artırır və bu, özümüzü daha gümrah və ayıq hiss etməyə şərait yaradır.


Nəticədə məlum olub ki, kofein asılılıq yaratmır və onun çox cüzi mənfi təsirləri var.


Günün əvvəlində enerjili olmaq üçün qəhvə içmək zərurəti vərdiş sayılmır və insan istədiyi vaxt qəhvə içməyi dayandıra bilər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar