Xəzər Xəbər

DİM fənlər və siniflər üçün yeni vəsaitlər nəşr edib

Cəmiyyət | 11:48 • 12 Sentyabr 2018
DİM fənlər və siniflər üçün yeni vəsaitlər nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər və siniflər üçün "Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərini nəşr edib.


DİM-dən xezerxeber.az-a bildiriblər ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib edilmiş bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir.


Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər və situasiya tapşırıqlarından istifadə olunub.


Vəsaitləri aşağıdakı ünvanlarda "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür:


Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;


Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.


Vəsaitlərin elektron qaydada sifarişi sentybarın 17-dən etibarən mümkün olacaq.


Vəsait qüvvədə olan fənn kurikulumlarına və dərsliklərə uyğun tərtib edilib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti