Xəzər Xəbər

Ovçuluq təsərrüfatına icazəsiz daxil olan şəxs saxlanılıb

Cəmiyyət | 09:39 • 11 Sentyabr 2018
Ovçuluq təsərrüfatına icazəsiz daxil olan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb.


Bu barədə xezerxeber.az-a ETSN-dən məlumat verilib.


Onlardan iki ov tüfəngi, on bir patron götürülüb.


Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər lenti