Xəzər Xəbər

7 rayonda 5 gün qaz olmayacaq

Cəmiyyət | 17:17 • 10 Sentyabr 2018
7 rayonda 5 gün qaz olmayacaq
Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı 5 gün müddətində dayandırılacaq.


"Azəriqaz” İstehsalat Birliyindən XəzərXəbər-ə bildirilib ki, respublikanın qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə "Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 millimetrlik "Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 kilometrləri arası hissəsinə birləşdirilməsi zərurəti ilə əlaqədar sentyabrın 11-15-də (5 gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq. Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
412 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti