Xəzər Xəbər

BMT-nin Qocalma İnstitutunun direktoru Azərbaycanın uzunömürlüləri ilə görüşəcək

Cəmiyyət | 16:23 • 10 Sentyabr 2018
BMT-nin Qocalma İnstitutunun direktoru Azərbaycanın uzunömürlüləri ilə görüşəcək

Azərbaycanda səfərdə olan BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza yüksək uzunömürlülük indeksi ilə fərqlənən Lənkəran rayonunda Fiziologiya İnstitutunun həyata keçirdiyi "Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi” proqramının iştirakçıları ilə görüşəcək.


Akademiyadan verilən məlumata görə, bu gün AMEA Rəyasət Heyətində BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formozanı qəbul edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov onunla herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivlərini müzakirə edib, birgə elmi tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


Akademik Azərbaycanın uzunömürlülər diyarı kimi qəbul olunduğunu vurğulayaraq bu sahədə AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparılan tədqiqatların yüksək fundamental və praktiki əhəmiyyətini, herontoloji tədqiqatların daha geniş inkişafı üçün mövcud imkanlardan istifadə olunacağını diqqətə çatdırıb.


M.Formoza Fiziologiya İnstitutunda sözügedən sahədə əldə edilən təcrübənin əsas götürüldüyünü qeyd edərək həmin institutun BMT-nin Qocalma İnstitutunun regional mərkəzi olaraq seçildiyini deyib.


Qeyd edək ki, M.Formozanın səfəri sentyabrın 14-ə qədər davam edəcək. Səfərin proqramına yüksək uzunömürlülük indeksi ilə fərqlənən Lənkəran rayonunda Fiziologiya İnstitutunun həyata keçirdiyi "Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi” proqramının iştirakçıları ilə görüşlər daxildir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti