Xəzər Xəbər

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Cəmiyyət | 15:37 • 10 Sentyabr 2018
Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

2018-2019-cu tədris ilinin başlanmasına sayılı günlər qalıb. Artıq əksər şagirdlər məktəblərdə dərslərin başlayacağı günü səbirsizliklə gözləyirlər. Bu aralar isə ən çox əziyyət çəkən valideynlərdir. Bir yandan məktəb alış-verişləri, məktəbli forması, çanta, ayaqqabı, dəftər-qələm dərdi çəkir, o biri yandan da orta məktəb müəllimləri tərəfindən daxil olan sifarişləri yerinə yetirməyə çalışırlar. "Köynək tam sadə olsun”, "Formanın üstündə yalnız Bakı Tikiş Evi”nin emblemi olsun”, "Yalnız mənim sizə şəklini göndərdiyim gündəlikdən olsun” və s.

Belə "sifariş” alan valideynlərdən birinin övladı Nəsimi rayonunda yerləşən 14 saylı orta məktəbdə oxuyur. Alış-veriş zamanı 6-cı sinifdə oxuyan qızına 1 manat 50 qəpiklik gündəlik alan ana, sinif rəhbərinin "Valideynlər Whatsapp qrupu”na göndərdiyi fotoya yazdığı "yalnız üzü kartondan olan bu gündəlikdən alın” tələbinin qarşısında çaş-baş qalıb.

Axı bu "Məktəbli kitabçası” şagirdin dərs vaxtı öyrəndiklərini qiymətləndirmək üçün bir vasitədir. Müəllim bu gündəliyin hansı şirkət tərəfindən buraxıldığına, neçəyə satıldığına niyə diqqət etməlidir? Niyə "yalnız bu gündəlikdən olsun” tələbini irəli sürməlidir? "Məktəbli kitabçası” 3 manata alınanda "5”lərin sayı çox olur?...

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, gündəliklə bağlı nazirlik tərəfindən hər hansı tövsiyə, yaxud qadağa qoyulmayıb.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
452 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti