Xəzər Xəbər

“ASAN xidmət”ə 24 milyonuncu müraciət qeydə alındı

Cəmiyyət | 10:23 • 10 Sentyabr 2018
“ASAN xidmət”ə 24 milyonuncu müraciət qeydə alındı

Bu gün "ASAN xidmət”ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu müraciət Sumqayıt "ASAN xidmət” mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib. Ailə Ədliyyə Nazirliyinin doğumun qeydə alınması xidmətinə müraciət edərək əkiz övladlarına doğum haqqında ilkin şəhadətnamə alıb.


24 milyonuncu müraciətin sahibləri kimi Nəsib və Nasir qardaşları təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.


Qeyd edək ki, hazırda 13 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 Səyyar "ASAN xidmət” avtobusu və "Səyyar ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Xəbər lenti