Azərbaycan Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə işçi qrupu yaradır.
Bu barədə Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib.
Onun sözlərinə görə, işçi qrupunun
yaradılmasında məqsəd süd məhsulları bazarındakı problemlərin aradan
qaldırılmasıdır: "Agentliyin əməkdaşları ilə birlikdə süd məhsullarının
üzərinə vurulan məlumatları araşdıracağıq. Həmin məlumatların məhsula
tam uyğun olması ilə bağlı birgə fəaliyyət göstərəcəyik. Məsələn, bir
çox hallarda marqarin yağı kərə yağı adı ilə satılır. Məqsəd bu cür
halların qarşısını almaqdır".