Xəzər Xəbər

Siqaret filterləri Dünya okeanına qalib gəlir

Cəmiyyət | 16:40 • 4 Sentyabr 2018
Siqaret filterləri Dünya okeanına qalib gəlir

Son dövrlərdə təbiətin, okeanların mühafizəsi üçün plastikdən imtina etmək ənənəyə çevrilib. Bir çox ölkələr yaxın illərdə plastikdən istifadəni qadağan etməyi planlaşdırır. "Starbucks", "McDonald's" kimi nəhənglər plastik stəkanlar və digər məhsullardan imtina barədə düşünür və ya bu sahədə müxtəlif addımlar atırlar. Lakin son tədqiqatlar göstərir ki, Dünya okeanını çirkəndirən əşyaların ölçüsü daha kiçikdir. Okeanı çirkləndirən əsas əşya plastik torbalar, butulkalar, stəkanlar yox, siqaret filterləridir. 1950-ci illərdən bəri siqaret çəkmə prosesini daha "sağlam" etmək üçün istifadə edilən filterlər çox böyük problemlərə səbəb olur.


"Cigarette Butt Pollution Project" kampaniyası siqaret filterlərini və digər tütün tullantılarını qadağan etmək uğrunda mübarizə aparır. Layihə bildirir ki, hər il filterə sahib 5,6 trilyon siqaret istehsal edilir, 1 ədəd siqaretin 2/3-si zibilliyə atılır. İl ərzində təbiət 680 milyon kq tütün tullantısına məruz qalır. Əksər filterlərin tərkibində insan orqanizmi üçün zərərli olan nikotik, arsenik kimi 7 mindən çox zəhərli maddə və ağır metallar var. Təbiətə, suya daxil olan bu tullantılar həm insan, həm də digər canlıların həyat şəraitini pisləşdirir, bir çox xəstəliklərə, heyvanlar arasında kütləvi tələfatlara səbəb olur. Tütün tullantıları ölçüsünə görə hətta kiçik dəniz heyvanları, balıqlar, tısbağalar və s. canlıların həzm sisteminə asanlıqla daxil ola və onları öldürə bilir. Siqareti çəkəndən sonra kötüyü yerə atmaq dünya səviyyəsində norma kimi qəbul edilmiş ətraf mühiti çirkləndirmə metodudur. "Cigarette Butt Pollution Project" kampaniyası tütün tullantılarının təbiəti çirkləndirən əsas maddə olduğunu qəbul etdirməyə çalışır.


Problemin həlli barədə artıq təkliflər irəli sürülməyə başlanılıb. ABŞ-ın San Dieqo şəhərində start götürən "Greenbutts" startap layihəsi təbiətdə asan parçalanan, suda həll ola bilən maddələrdən siqaret filterlərinin istehsalına çalışır. Bu ilin fevralında Kaliforniyadan olan siyasətçi Mark Stoun tərkibində filter olan siqaretlərin qadağan edilməsini təklif edib. Kaliforniya ştatında təbiəti çirkləndirənlərə min dollar pul və 24 saatlıq iməcilik cəzası nəzərdə tutulur. Qadağaya baxmayaraq, 2016-cı ildə siqaret kötükləri "Ştatın əsas tullantısı" statusunu qazanıb. /qaynarinfo

Xəbər lenti