Xəzər Xəbər

Buzovna və Albalılıq massivində yaşayanların DİQQƏTİNƏ!

Cəmiyyət | 11:23 • 4 Sentyabr 2018
Buzovna və Albalılıq massivində yaşayanların

Bakının Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Buzovna qəsəbəsinə və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Xəbər lenti